Fermentlərin sürətləri ilə əlaqədar əhəmiyyətli bir görüş
				  Fermentlərin sürətləri  ilə əlaqədar olaraq edilən ən təəccüblü araşdırmalardan biri Şimali Kaliforniya  Universitetindən biokimya, biofizik və kimya professoru olan, eyni zamanda  Milli Elmlər Akademiyası üzvü olan Dr. Richard Wolfenden tərəfindən edilmişdir.  Wolfendenin 1998-ci ildə etdiyi şərh, fermentlərin fövqəladə sürətini  daha yaxından anlaya bilmək baxımından əhəmiyyətlidir. Wolfenden, daha əvvəlki  araşdırmalarında DNT və RNT-nin quruluş daşlarını meydana gətirən ən  fundamental strukturların bioloji reaksiyalarının suda, fermentlərin olmadığı səbəbindən  katalizə edilməyən bir  mühitdə 78 milyon il davam edəcəyini hesablamışdı. Ancaq sonrakı kəşfi çox daha  çaşdırıcıdır. Bunu bu şəkildə açıqlayar: 
                  İndi isə bundan  10.000 qat daha ağır olanını tapdıq. (Bu yeni reaksiyanın reallaşması üçün)  lazım olan yarı zaman -reaksiyaya girəcək maddənin yalnız yarısının sərf  olunmasına çatacaq qədər zaman- 1 trilyon ildir. Bu ədəd, kainatın yaşından 100  dəfə daha çoxdur. Fermentlər isə bu reaksiyanı 10 milisaniyədə reallaşdıra bilir. 
				    Volfenden, İngiltərədəki  Sheffild Universitetindən Çetan Ləd və Nikolas H. Villiams ilə birlikdə bu yeni  kəşfini 29 Aprel 1998-ci ildə Milli Elmlər Akademiyasının  internet səhifəsində nəşr etdi. 
				    Volfendenin diqqət  çəkdiyi ferment fosfataz fermenti idi. Fosfataz fermentinin katalitik gücü,  fosfat monoesterləri adı verilən müəyyən bir qrup kimyəvi maddənin  suda reaksiya sürətini fövqəladə səviyyədə artırırdı. Bu monoesterlər üzərində  çalışan fosfataz fermentləri, hüceyrələr arasındakı əlaqələri və hüceyrə  siqnallaşma yollarını təşkil etməkdə idi. volfenden, esterlerin əhəmiyyətini bu  şəkildə açıqlayır: 
  Bədənin hər cür  funksiyası üçün hüceyrələrimizin içində gəzib dayanan esterlərə sahibik. Hər cür  hüceyrə siqnallaşma əməliyyatını, bir fosfataz fermentinin fosfat monoesterlərini parçalaması əməliyyatı  izləyər. Digər fosfatazlar da nişastadan karbonhidratları toplayar və hormonlarla  siqnal mesajında bir rol oynayarlar. 
				    Volfenden,  qarşılaşdığı bu böyük görüş qarşısındakı qarışıqlığını bu şəkildə ifadə  etmişdir: 
  Bu hesabatda ifadə  etdiyimiz fermentlər gerçək mənada ovsunlayıcıdır, çünki katalizator olaraq bilinən  digər bütün fermentlərin gücünü aşmışlar. İndi yalnız, kimyəvi katalizatorların reaksiyaları  necə sürətləndirdiyini anlamağa başladıq. Ancaq hələ kimsə onların katalitik  güclərini çıxarmanın yanına belə yaxınlaşa bilməmişdir.
				    Fermentlərin  olmaması vəziyyətində sürəcək 1 trilyon illik reaksiya, bir təkamülçü olan Volfendenin  buradakı fövqəladəliyi qəbul etməsinə səbəb olmuşdur. Əldə edilən bu böyük ədəd  Volfendenin də açıqca ifadə etdiyi kimi heç kimin qavraya bilməyəcəyi bir müddətdir: 
  Bu ədəd,  'yavaşlıq' mənasında kainatda bildiyimiz bütün dəyərləri bir kənara atdı.  (Ferment reaksiyası) katalizə edilməmiş halından 1021 dəfə daha  sürətlidir. Bu mövzuda bildiyimiz ən böyük dəyər 1018 idi. Heç kimin  qavraya bilməyəcəyi dəyərlərə artıq yaxınlaşmış olduq. (44) 
				    Əgər bir neçə  amin turşusunun bir araya gəlməsiylə yaranan bir zülal, 1 trilyon il davam edəcək  olan bir reaksiyanı saniyələr içinə sığdıra bilirsə, bunda həqiqi mənada bir fövqəladəlik  vardır. Tək bir zülalın reallaşdıra bildiyi bir əməliyyatı, əgər insanların hamısı bir araya gəlib  bacara bilmirlərsə, bunun necə reallaşdığını belə tam mənasıyla həll edə  bilmirlərsə, bunda insanın açıqca qəbul etməsi lazım olan bir həqiqət vardır. Bunu,  Allahdan başqa yarada biləcək heç bir güc yoxdur. Allah bir ayəsində, hər şeyi  nizam içində yaratmış olduğunu bildirməkdədir: 
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)
Başqa bir ayədə Allah, bütün varlıqların Öz nəzarətində olduğunu bu şəkildə bildirər:
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)
Əlbəttə Allah, bütün varlıqları yaradan, onlara ən gözəl formanı verən və onları daima Öz idarəsində tutandır. Bu həqiqəti görməməzlikdən gələnlərin, əksinə istiqamətdə gətirə biləcəkləri başqa hər hansı bir şərh yoxdur. Bütün bunların təsadüfən olduğunu iddia etmək, bunları sözdə təkamülün bir möcüzəsi kimi göstərməyə çalışmaq, bu əhəmiyyətli həqiqəti dəyişdirməyəcək. Bu iddialarda olanlar da, qarşı-qarşıya olduqları fövqəladəliyin açıqca fərqindədirlər. Təsadüflər, bir canlını ortaya çıxara bilməzlər. Bir canlının tək bir hüceyrəsini, o hüceyrədə vəzifə yerinə yetirən tək bir fermenti, o fermentin reallaşdırdığı reaksiyalar zəncirini meydana gətirə bilməzlər. Bunların hamısını Allah yaradar və hər birinin etdiyi iş, Allahın böyüklüyünü və yaratdıqlarındakı mükəmməllikləri göstərər.


